"1800 yazıçı mənim tərəfimdədir" - Anar
Ölçü:

Xalq yazıçısı Anar Rzayevin “Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədrliyinə yenidən namizədliyimi irəli sürməyi düşünürəm"  deməsindən sonra bir sıra yazarlar ona qarşı qiyama qalxıblar.

Bəs görəsən AYB sədri uğrunda bu qədər inadkarlığa və israra dəyərdimi?

Koordinat.az
xəbər verir ki, Moderator.az-ın sualını cavablandıran Anar Rzayev əleyhinə danışan adamlarla hesablaşmadığını bildirib: “Üç-beş nəfər əleyhimədirsə, 1800 yazıçısı mənim tərəfimdədir. Mən əleyhimə danışan adamlarla hesablaşmıram və onların çoxu heç Azərbaycan Yazıçlar Birliyinin üzvü də deyil”.

Anar Rzayev yazıçı Əkrəm Əylislinin onun haqqında səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Onun varlığı o oldu ki, “Yazıçı” nəşriyyatında oturdu və nəşriyyatı da satdı. Sonra da Azərbaycanı ermənilərə satdı”.

Qeyd edək ki, Əkrəm Əylisli açıqlamasında Anarın 30 bir vəzifədə oturmasını mənəvi yoxsulluq adlandırıb.

25.01.2020 16:38:00
Oxuma sayı: 29