Ermənilər Kəlbəcərdə daha bir su elektrik stansiyası tikir
Ölçü:


Ermənilər Kəlbəcərdə - Tərtər çayı üzərində daha bir su elektrik stansiyası (SES) tikir.

Koordinat.az xəbər  verir ki, bu haqda sosial şəbəkələrdə erməni istifadəçilər məlumat yayıb. Bildirilir ki, Ermənistanın Kəlbəcərdə daha bir SES tikməsi Yerevanda birmənalı qarşılanmayıb. Hətta buna etiraz edənlər də var və bununla bağlı tikinti işlərinin dayandırıldığı bəyan edilib. Amma yanvarın 21-dən aclıq edən erməni politoloq Aleksandr Kananyan bu gün bir neçə jurnalistlə birgə   separatçı rejimin vəd etdiyi kimi  həmin obyektin inşasının dayandırılmasına əmin olmaq üçün tikinti yerinə yollanıb. Məlum olub ki, Tərtər çayı üzərində SES-in tikintisi dayandırılsa da, bu, müvəqqəti xarakter daşıyır və separatçı rejim sözügedən layihənin icrasını başa çatdırmaq niyyətindədir.
25.01.2020 14:43:00
Oxuma sayı: 25