İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin təxliyəsi barədə tapşırıq verib
Ölçü:


Prezident İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyə olunması istiqamətində tədbirlər görülür.

Bu barədə Koordinat.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb. 

Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.

25.01.2020 14:29:00
Oxuma sayı: 143