Bu il 9 şəhər və rayonda “ASAN xidmət” mərkəzləri açılacaq - SİYAHI
Ölçü:

“Bu il Kürdəmir, Ağcabədi, Tovuz, Balakən və Bakı şəhərində "ASAN xidmət" mərkəzlərinin açılması nəzərdə tutulur”.

Koordinat.az
-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri (“ASAN xidmət”) Ülvi Mehdiyev deyib. O qeyd edib ki, Sumqayıt və Gəncədə də əlavə “ASAN xidmət” mərkəzlərinin tikintisinə başlanılacaq.

“Eyni zamanda Salyan və Lənkəranda da "ASAN Xidmət" mərkəzlərinin tikintisi planlaşdırılır”, - deyə Ü. Mehdiyev vurğulayıb.
25.01.2020 13:11:00
Oxuma sayı: 205