Elazığ klublarının oyunları zəlzələyə görə təxirə salınıb
Ölçü:


Türkiyənin Malatya və Elazığ əyalətlərində baş verən zəlzələ ölkə çempionatının oyunlarının təxirə salınmasına səbəb olub.

Koordinat.az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyası Elazığı təmsil edən klubların qarşılaşmaları ilə bağlı qərar verib. 2-ci liqada çıxış edən “Elazığspor” və 3-cü dəstə təmsilçisi “Elazığ Bələdiyəspor”un yanvarın 26-na planlaşdırılan matçları qeyri-müəyyən vaxta keçirilib. Sonuncuların “Payasspor”la ev, 2-ci liqa təmsilçisinin “Tuzlaspor”la qarşılaşmalarının tarixi sonradan dəqiqləşəcək.

Qeyd edək ki, dünən yerli vaxtla 20:55-də Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 20 nəfər ölüb, 1015 nəfər xəsarət alıb.
25.01.2020 12:55:00
Oxuma sayı: 41