Azərbaycandakı banklara kimlər rəhbərlik edir? Onları siz də tanıyın - SİYAHI
Ölçü:


Ölkə maliyyəsinin ən vacib hissələrindən biri də bank sektorudur. Bankların fəaliyyəti, hər bir addımı birbaşa iqtisadiyyata təsir göstərir və bu banklar da müəyyən şəxslər - CEO-lar tərəfindən idarə olunur. Bu maliyyə nəhənglərinin kimlər tərəfindən idarə olunduğu, həmin idarəçilərin təhsil səviyyəsi, hansı ixtisasa sahib olduqları, yəqin ki, hamıya maraqlıdır. O zaman, bu aşdırmamız sizlər üçün də maraqlı olacaq.

Azərbaycan banklarını idarə edən CEO-larımızın ixtisasları nədir, təhsillərini harada başa vurublar? 

Koordinat.az
fed.az-a istinadən Azərbaycandakı bank rəhbərlərinin kimliyinə dair məlumatları oxuculara təqdim edir:

Rolf Reichardt hal-hazırda “AccesBank”ın İdarə Heyətinin sədridir. O, Frankfurtdakı Höte Universitetində fəlsəfə doktoru dərəcəsini alıb. Yeni Zelandiyanın Oklend, Almaniyanın Kil və ABŞ-ın Yuta universitetlərində iqtisadi təhsil alıb. Alman, ingilis, fransız və rus dillərini bilir.

Zaur Qaraisayev  “AFB Bank”ın İdarə Heyətinin sədridir. O, 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” fakültəsini bitirib.

Əfqan Cəlilov "AGBank"-ın İdarə Heyətinin sədridir. O, 1995-ci ildə, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi  fakultəsinə daxil olub. 1999-cu ildə  bakalavr dərəcəsini alıb və həmin ildə magistraturaya daxil olub. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Qiymət və qiymətin əmələ gəlməsi” ixtisası üzrə magistraturanı fərqlənmə diplomu ilə bitirib.

 Leyla Məmmədbəyli hal-hazırda "Amrahbank"ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir. O, 2004-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Vergi və vergiqoyma” ixtisası üzrə bakalavr və magistr dərəcələrini almışdır.

 Doğan Tandoğan hal-hazırda "ASB Bank"ın İdarə Heyətinin sədri vəzifəsini icra edir. O, 1995-ci ildə “Orta Doğu Teknik Universiteti”nin Beynəlxalq Münasibətlər bölümündən, 2004-cü ildə “Azərbaycan Dövlət Neft Akademiyası”nın Biznesin idarə edilməsi bölümündən məzun olmuşdur.

Dəyanət Quliyev "Atabank"ın İdarə Heyətinin sədridir. O, Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini və Bakı Dövlət Universitetinin “Hüquqşunaslıq” fakültəsini bitirib.

Orxan Hüseynov "Azər Türk Bank"ın İdarə Heyətinin sədridir. O, 2002-2007 illərdə Bakı Dövlət Universitetində "İqtisadi kibernetika" üzrə bakalavr təhsili, 2007-2009 illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə üzrə MBA təhsili alıb.

Emil Razyev "Bank BTB"nin İdarə Heyətinin sədridir. Azərbaycan Dövlət İqtisad Universitetində magistr pilləsində təhsil almış və təhsilini 2000-ci ildə başa vurmuşdur. 2001-ci ildə Ali İctimai-Siyasi Kolleci bitirmiş və hüquqşünas diplomunu almışdır.

 Eldar Həmidov – «Bank of Baku» idarə heyəti sədrinin vəzifələrini müvəqqəti icra edir. 1993-1997-ci illərdə Xəzər Universitetində əvvəl hüquq, sonra isə biznes idarəçilik ixtisası üzrə təhsil alıb. 2002-2003-cü illərdə Britaniyanın «Heriot-Watt University» universitetində beynəlxalq bank və maliyyə təhsili alıb.

 Mahir Əhmədov "Bank Silk Way"in İdarə Heyətinin sədridir. O, Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini “Maliyyə və Kredit” ixtisası üzrə Magistr dərəcəsi ilə bitirmişdir.

Xalid Əhədov "Azərbaycan Beynəlxalq Bankı"nın İdarə Heyətinin sədridir. O, 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə və kredit» ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi almışdır. 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olur və Barcelonada MBA təhsili almışdır.

İlham Həbibullayev "Expressbank"ın İdarə Heyətinin sədridir. O, 1997-ci ildə Bakı Dövlət Universitetinin “Tarix” fakültəsini, 2001-ci ildə İstanbul Universiteti Sosial Elmlər İnstitutunu (magistr dərəcəsi) və 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirib.

Rövşən Allahverdiyev "Kapital Bank"ın İdarə Heyətinin sədridir. O, 1989-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və sosiologiyası” fakültəsində oxuyub. İxtisasca iqtisadçıdır.

 Elmir Həsənov - “Muğan Bank”ın İdarə Heyətinin sədridir. O, 1996-ci idə Azərbaycan Dövlət İqtisadiyyat Universitetini bitirib. Həmçinin, o, "Strathclyde Business School"-da MBA proqramını bitirib.

Səid Qasımov "NBC Bank"ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edir. O, 1999-2003 –cü illərdə Qərb Universitetinin “Beynəlxalq İqtisadi münasibətlər” fakultəsində bakalavr dərəcəsi üzrə təhsil alıb. 2003 – 2005-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq Biznes” fakultəsində MBA magistr dərəcəsi üzrə təhsil almışdır.

Nikoloz Şurqaia "Nikoil Bank"ın İdarə Heyətinin sədridir. O, Tiflis Dövlət Universiteti və London Biznes Məktəbinin MBA məzunudur.

Taleh Kazımov "Paşa Bank"ın İdarə Heyətinin sədridir. O, ali təhsilini 2000-2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və hesablama texnikası" fakültəsində almışdır.Həmçinin, o, Azərbaycan Dövlət Neft Akademiyasında Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə, və ABŞ-ın Georgia State Univercity-sində maliyyə sahəsində Biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnmişdir. Bundan başqa, T.Kazımov 2010-cu ildə London Biznes Məktəbinin (Böyük Britaniya) və 2012-ci ildə Harvard Biznes Məktəbinin (ABŞ) yüksək ixtisas proqramlarını müvəffəqiyyətlə bitirmişdir.

 Elçin Qədimov "Rabitəbank"ın İdarə Heyətinin sədridir. O, Azərbaycan İqtisad Universitetinin Mühasibat Uçotu və Audit  fakultəsini bakalavr və magistr dərəcəsi ilə bitirib. ABŞ-ın Cənubi Alabama Universitetində MBA dərəcəsini alıb.

 Faiq Hüseynov "Unibank"ın İdarə Heyətinin sədridir. O, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu "Tikintinin İqtisadiyyatı və təşkili" ixtisası üzrə bitirib.

Kirin Yevgeni Anatolyeviç "VTB Bank Azərbaycan"ın İdarə Heyətinin sədridir. O, 2001-ci ildə - Orlov dövlət texniki universitetinin Maliyyə-iqtisadiyyat fakultəsini bitirib. İqtisad elmləri namizədidir.

Cenk Yüksel "Yapı Kredi Bank Azərbaycan"ın İdarə Heyətinin sədridir. O, 1991-1996-cı illərdə Gazi Universitetinin İqtisadiyyat və İdarəetmə fakultəsini bitirmişdir.

Kərimov Rüfət "Bank Avrasiya"nın İdarə Heyətinin sədridir. O, 1985-ci ildə Azərbaycan Texniki Universitetinin “Radiotexnika” fakultəsini bitirmişdir.

Avni Demirci "Ziraat Bank Azərbaycan"ın İdarə Heyətinin sədridir. O, 1987-1991 illərdə "19 Mayıs Universitesi"ni oxuyub.

Emin Ağayev "Günay Bank"ın İdarə Heyətinin sədridir. O, 1981-1986 illərdə Moskva İdarəetmə İnstitutunun istehsalatın idarəetməsinin təşkili fakultəsini mühəndis-iqtisadçı ixtisası üzrə oxuyub.

Asəf Namazov “Bank Respublika”nın İdarə Heyətinin sədridir. O, 1991-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib.

 
19.01.2018 13:59:10
Oxuma sayı: 52362