İqbal Ağazadə ilə Rauf Arifoğlunun yarışdığı seçki dairəsinin sədri istefa verdi - xəstəxanaya yerləşdirildi
Ölçü:

Xətai rayonu 35 saylı üçüncü dairə seçki komissiyasının sədri İmran Hüseynəliyev tutduğu vəzifədən istefa verib.

Koordinat.az
xəbər verir ki, onun istefa verməsinə səhhətində yaranan ciddi problemlər səbəb olub. İmran Hüseynəliyev səhhəti ilə bağlı hospitala yerləşdirilib. İmran Hüseynəliyev unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib və işdən çıxmaqla bağlı ərizə yazmasını belə əsaslandırıb: “Hazırda Daxili İşlər Nazirliyinin hospitalındayam. Ürəyimdə ciddi problemlər var və bu vəziyyətdə fəaliyyət göstərə bilməyəcəyimi görüb işdən çıxmaq məcburiyyətində qaldım.”

Qeyd edək ki, sözügedən seçki dairəsində əsas mübarizənin Ümid Partiyasının sədri İqbal Ağazadə və “Yeni” Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında gedəcəyi gözlənilir.

25.01.2020 10:28:00
Oxuma sayı: 28