Türkiyədə baş verən zəlzələdə ölənlərin sayı 20-yə çatdı
Ölçü:


Türkiyənin şərqindəki Elazığ vilayətində yerli vaxtla saat 03:48 6,8 gücündə yeraltı təkanlar qeydə alınıb.

Koordinat.az 
Türkiyə mətbuatına istinadən bildirir ki, baş verən ardıcıl zəlzələlərdə 20 nəfər həlak olub, 1000-dən çox insan yaralanıb. Bölgədə axtarış-xilasetmə işləri davam edir. Təbii fəlakətin baş verdiyi Elazığ və Malatya vilayətlərinə çox sayda ağır texnika cəlb olunub. Ölənlərdən 15-i Elazığ, 5-ü isə Malatyada həyatını itirib.


25.01.2020 09:47:00
Oxuma sayı: 19