SOCAR dənizdə təhlükəsizlik rejimini gücləndirib
Ölçü:

“Azneft İstehsalat Birliyinin həyata keçirdiyi əlavə təhlükəsizlik tədbirləri proqnoz edilən küləyin sürətindən, şiddətinin dərəcəsindən və həm də mövcud risklərin dəyərləndirilməsindən asılıdır”.

Koordinat.az xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib. O, qeyd edib ki, il ərzində bir neçə dəfə küləyin sürəti 35 m/s - 45 m/s arasında qalxır, tufan şəraiti yaranır: “Belə halda işçilərin təxliyyəsi üçün zərurət yarana bilər. Lakin qarşıdakı günlərdə küləyin sürəti dənizdə arabir 25-30 m/s-dək çatması proqnozlaşdırılır. Hazırda həm də bir çox istehsalat meydançalarının əsaslı təmirindən sonra ümumi risklərin daha aşağı olması, nəhayət dənizdə açıq səthlərdə işləməli olan işçilərin hazırda nisbətən az olduğuna görə işçilərin təxliyyəsi keçirilmir. Lakin açıq səthlərdə aparılan bütün işlər dayandırılıb, mütəmadi növbətçilik keçirilir və ümumi təhlükəsizlik rejimi havanın müvəqqəti kəskinləşməsinə uyğun olaraq maksimum dərəcədə gücləndirilib”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi havanın kəskin dəyişəcəyilə bağlı xəbərdarlıq edib.

24.01.2020 16:37:00
Oxuma sayı: 21