Bakı Mühəndislik Universitetinin məzunu Polşada uğur qazandı
Ölçü:

Bakı Mühəndislik Universitetinin (BMU) Maliyyə (ingilis dili) ixtisası üzrə 2018/2019-cu tədris ilinin bakalavr məzunu Xəzər Nərimanlı Polşanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Vistula Universitetində Beynəlxalq menecment ixtisası üzrə magistratura təhsilini davam etdirir.
 
Koordinat.az
-ın məlumatına görə, Z. Nərimanlı magistr təhsilinin birinci semestrini yüksək müvəffəqiyyətlə başa vurub. O, buradakı tədris sisteminin, texniki infrastrukturun, kitabxananın və biliyin qiymətləndirilməsinin BMU-dakı tədris sisteminə çox oxşar olduğunu vurğulayıb. Bu isə BMU-da tədrisin Avropa standartlarına uyğun aparıldığını göstərir.

BMU məzunu, həmçinin Vistula Universitetinin tələbə dərnəklərində və təlimlərində aktiv iştirak edir. O, Varşavada Azərbaycanla bağlı bir sıra mədəni-ictimai tədbirlərin təşkilini də həyata keçirir.

Qeyd edək ki, X.Nərimanlı universitetin Maliyyə ixtisasına 629 balla qəbul olub və bakalavr təhsilini yüksək göstərici ilə başa vurub.


24.01.2020 16:07:00
Oxuma sayı: 614