İlham Əliyev Davosda bəyan etdi: "Azərbaycanda hökumətin tərkibi dəyişib"
Ölçü:


Prezident İlham Əliyev Azərbaycanda islahatların davam edəcəyini deyib.

Koordinat.az
xəbər verir ki, o, bu barədə Davos İqtisadi Forumunda çıxışı zamanı bildirib. Prezident əlavə edib ki, islahatlar çərçivəsində hökumətin tərkibi yenilənib. “Hökumətin tərkibi dəyişdirildi. Hökumətdə yeni insanlar meydana çıxdı. Bunlar müasir baxışları olan yüksək təhsilli gənclərdir.

Dəfələrlə demişəm ki, XXI əsrdə uğur yalnız XX əsrin baxışlarına köklənməməklə mümkündür. Buna görə yeni insanlar təkcə hökumətdə deyil, həm də Prezident Administrasiyasında lazımdır. Burada da böyük dəyişikliklər baş verdi”, - deyə İlham Əliyev vurğulayıb.


23.01.2020 18:26:00
Oxuma sayı: 19