Məzahir Pənahovdan namizədlərə çağırış
Ölçü:

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deputatlığa namizədlərə çağırış edib.

Koordinat.az
xəbər verir ki, MSK sədri deputatlığa namizədliyi qeydə alınmış şəxslərin sosial şəbəkələrdə Seçki Məcəlləsinin tələblərinə uyğun davranmalı olduğunu vurğulayıb: “Dəfələrlə namizədlərə bu barədə müraciətlər etmişik. Bunları sizin xoşunuza gəlməkdən ötrü demirəm. Bunu namizədlər üçün səsləndirirəm. Namizədlər sosial şəbəkələrdən istifadə zamanı Seçki Məcəlləsinin tələblərinə əməl etsin”.

23.01.2020 17:47:00
Oxuma sayı: 25