Ermənistanın keçmiş müdafiə naziri Aprel döyüşlərinə görə ifadə verəcək
Ölçü:

Ermənistanın  sabiq müdafiə naziri Seyran Ohanyan Aprel döyüşləri ilə bağlı parlament komissiyasına geniş ifadə verəcək.

Koordinat.az
Ermənistan mətbuatına istinadən xəbər verir ki, yanvarın sonu yaxud fevralın əvvəlləri keçiriləcək iclasa Ohanyanla yanaşı, daha bir neçə general dəvət olunacaq.

Ermənistanda Aprel döyüşləri ilə bağlı 2019-cu il mayın 31-də parlament komissiyası yaradılıb. Dekabrın 10-da parlament komissiyanın işini daha 6 ay uzadıb.

23.01.2020 13:14:00
Oxuma sayı: 20