Qoşa Qala qapılarının restavrasiyası başa çatıb
Ölçü:

"Mədəni irsin qorunması və təbliği ölkə rəhbərliyinin bu sahədə həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən biridir".

Koordinat.az
xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə heyətinin sədri Əsgər Ələkbərov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

 "Geridə qoyduğumuz 2019-cu il bizim üçün yeni bərpa - restavrasiya layihələri, muzey ekspozisiyaları, xarici qonaqlar, müxtəlif mədəni tədbirlər - bir sözlə çoxsaylı hadisələrlə yadda qaldı. Həmçinin qeyd etmək istəyirəm ki, Qoşa Qala qapılarının restavrasiya məsələsi 2019 - cu ilin oktyabrında tamamlanıb" - deyən Əsgər Ələkbərovun sözlərinə görə 2019-cu ildə turizm sahəsində 3271 nəfərə fərdi turlar təşkil edilib "Eyni zamanda, vurğulamaq istərdim ki, ötən ildən başlayaraq UNESKO-ilə əlaqələrimizi də daha da gücləndirmişik".

23.01.2020 12:27:00
Oxuma sayı: 137