“İş yerinə dair arayış” xidmətdən istifadə rekord həddə çatıb
Ölçü:


2017-ci ildə “İş yerinə dair arayış” elektron xidmətdən əvvəlki ilə nisbətən 48,3 faiz çox istifadə edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Koordinat.az-a verilən məlumata görə, nazirliyin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətindən 2017-ci il ərzində əvvəlki illə müqayisədə 48,3 faiz çox olmaqla 337 749 dəfə istifadə edilib.

“İş yerinə dair arayış” e-xidməti 3 ildən çoxdur fəaliyyət göstərir və ötən müddətdə “Elektron hökumət” portalının e-arayışlar bölməsində ən çox istifadə edilən e-xidmətlər sırasında olub.

İndiyədək “İş yerinə dair arayış” e-xidmətinə 815 mindən çox müraciət qeydə alınıb ki, bu da portaldakı 18 növdə e-arayış xidmətləri üzrə edilən ümumi müraciətlərin təqribən yarıya qədəri deməkdir.
19.01.2018 12:39:00
Oxuma sayı: 665