Deputatlığa namizəd sayt yaratdı
Ölçü:


77 saylı Astara seçki dairəsindən deputatlığa namizəd, tanınmış kardiocərrah, tibb doktoru, deputatlığa namizəd Rəşad Mahmudovun fəaliyyətini əks etdirən sayt fəaliyyətə başlayıb.

Koordinat.az xəbər verir ki, saytda R.Mahmudovun elmi-tibbi fəaliyyəti ilə yanaşı, ictimai-siyasi fəaliyyəti ilə bağlı başlıca məqamlar da öz əksini tapıb. O,  sosial şəbəkədəki hesabında hələlik test rejimində fəaliyyət göstərən saytın yaxın gələcəkdə rus və ingilis dillərində də fəaliyyət göstərəcəyini bildirib: “Azərbaycandakı fəaliyyətimin son 15 ilini yığcam şəkildə əks etdirən www.rashadmahmudov.az saytı bugün aktiv edildi. Saytda həkimlik və elmi fəaliyyətim, yerli və beynəlxalq konfrans, seminar və forumlardakı iştirakım, həyata keçirdiyimiz xeyriyyə aksiyaları, siyasi fəaliyyətim və s ilə bağlı məlumatlar yerləşdirilmişdir. Hazırda test versiyası kimi aktiv olunan sayta arxiv materiallarin yüklənməsi prosesi davam edir. Gələcəkdə saytın rus və ingilis dillərində də dərc olunmasını hədəf almışıq”.
22.01.2020 13:53:00
Oxuma sayı: 34