Respublika fənn olimpiadalarının rayon mərhələsinin nəticələri açıqlanıb
Ölçü:


Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Koordinat.az-a verilən məlumata görə. respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək şagirdlərin adlı siyahısı ilə www.olimpiada.edu.az  saytından tanış olmaq mümkündür. Şagirdlərin ümumi nəticələri barədə məlumat yerli Təşkilat komitələrinə göndərilib.

Olimpiadanın bu mərhələsində 33 784 şagird iştirak edib. Bilik yarışına IX, X, XI, həmçinin xüsusi istedada və hazırlığa malik VIII sinif şagirdləri qatılıblar. Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə keçirilib.

22.01.2020 10:12:00
Oxuma sayı: 936