52 yaşlı qadının əkiz uşağı oldu - Bakıda - FOTO
Ölçü:



Bir neçə gün əvvəl Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında 52 yaşlı qadın ana olub.

Klinikadan Koordinat.az-a verilən məlumata görə, o əkiz uşaq dünyaya gətirib. Bununla bağlı mama-ginekalogiya şöbəsinin həkimi Arzu İsmayılova bildirir ki, bu 52 yaşlı ananın ikinci hamiləliyi olub: "Maşallah, ana və əkizlər tam sağlamdırlar və özlərini çox yaxşı hiss edirlər. Qeyd edim ki, o ilk dəfə 48 yaşında ana olmuşdu”.
19.01.2018 12:19:00
Oxuma sayı: 1030