Parlament seçkilərini 112 beynəlxalq müşahidəçi izləyəcək
Ölçü:


Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Koordinat.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib. MSK sədri deyib ki, indiyə qədər 30231 yerli müşahidəçi qeydiyyatdan keçib: "Onlardan 29219  müşahidəçi dairə seçki komissiyalarında, 1012 müşahidəçi isə MSK-da qeydiyyatdan keçib”.

21.01.2020 17:07:00
Oxuma sayı: 26