Müəllimlərin işə qəbulunda yenilik - məntiq tapşırıqları ləğv olundu
Ölçü:

Növbəti tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydalarına dəyişikliklər edilib.

Koordinat.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün "Facebook" səhifəsində məlumat yayıb. O, qeyd edib ki, dəyişikliklərə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40, təlim strategiyaları və metodika üzrə 20 test tapşırığı təqdim olunacaq. İmtahan proqramına məntiq tapşırıqları daxil edilməyib
21.01.2020 17:42:00
Oxuma sayı: 26