Azərbaycanda 4 nəfərin dərmandan halı pisləşdi
Ölçü:



Son üç gündə 4 nəfər dəm qazından zəhərlənib.

Bu barədə Koordinat.az-a Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib:

“3 gün ərzində 4 nəfər dəm qazından zəhərlənmə, 2 nəfər isə allergiya ilə bağlı toksikologiya şöbəsinə müraciət edib. Bundan əlavə, 4 nəfər də dərman preparatlarının əks təsir göstərməsinə görə şöbəyə gətirilib. Sərxoşluqla əlaqədar 5 nəfər müraciət edib. Sonuncu müraciətə demək olar hər gün gecə saatlarında rast gəlinir”.
21.01.2020 10:45:00
Oxuma sayı: 48