Bakıda qazdan zəhərlənməyə görə cinayət işi açıldı
Ölçü:

 

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Koordinat.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi ev 15, mənzil 33-də qeydə alınıb. Həmin ünvanda yaşayan Liliya Çuprikova yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir
21.01.2020 10:22:00
Oxuma sayı: 22