Bakıda orta yaşlı kişi müəmmalı şəraitdə bıçaq xəsarəti alıb
Ölçü:



Bakının Nəsimi rayonunda şəhər sakini müəmmalı şəraitdə bıçaqlanıb.

Koordinat.az
xəbər verir ki, hadisə Mirəli Qaşqay küçəsi, 46 ünvanında baş verib.

1984-cü il təvəllüdlü Bağırlı Anar Hüseyn oğlu qarının ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Xəstəxananın növbətçi həkimi Bəhram Zeynalovun APA -ya verdiyi məlumata görə, yaralı bıçaq xəsarətləri alıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
19.01.2020 11:48:00
Oxuma sayı: 45