Binədə mikroavtobus kişini vurub öldürdü
Ölçü:



Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Koordinat.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Binə qəsəbəsində “Mercedes” markalı mikroavtobus yolu keçən təxminən 50-55 yaşlı kişini (şəxsiyyəti dəqiqləşdirilir) vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
18.01.2020 17:37:00
Oxuma sayı: 184