Yasamalda küçədən 31 yaşlı kişi meyiti tapıldı
Ölçü:



Bakıda küçədə meyit tapılıb.

Koordinat.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin, rayon sakini, 1989-cu il təvəllüdlü Əsgərov Ədalət Hacıbaba oğlu olması müəyyən edilib.

Meyitin ilkin müayinəsi zamanı Ə. Əsgərovun narkotikdən zəhərlənərək öldüyü məlum olub.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.
18.01.2020 16:54:00
Oxuma sayı: 153