Zaqatalada iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb
Ölçü:


Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

Koordinat.az xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala-Muxax avtomobil yolunda qeydə alınıb. “Mercedes” markalı, 99 GD 901 dövlət nömrə nişanlı avtomobil “VAZ 2107” markalı maşınla toqquşub. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
17.01.2020 18:28:00
Oxuma sayı: 46