Mahaçqala dəniz limanı yükaşırmaları kəskin artırıb
Ölçü:



Mahaçqala dəniz limanı 2019-cu il ərzində yük dövriyyəsinin artımı baxımından Rusiyanın Xəzər dənizində yerləşən limanları arasında lider olub.
Koordinat.az -ınTASS-a istinadən verdiyi məlumata görə, bu barədə limanın baş direktorunun köməkçisi Alik Abdulqamidov bildirib.

"Ötən ilin sonunda Mahaçqala Dəniz Ticarət Limanı yük dövriyyəsinin artım tempi baxımından Rusiyanın Xəzər dənizindəki limanları arasında lider olub. 2019-cu ildə görülən işlərin nəticələrinə görə, Dağıstan limançılarının payına Xəzər dənizindəki aşırılan yüklərin 61,6%-i düşüb", - deyə A. Abdulgamidov qeyd edib.

Mahaçqala Ticarət Limanının baş direktoru Murad Xidirovun sözlərinə görə, 2019-cu ildə liman təxminən 4,6 mln. ton yük aşırıb ki, bu da 2018-ci ilin göstərici ilə müqayisədə 184% çoxdur: "Xüsusilə, liman 4 mln. tondan çox neft aşırıb, bu da iki dəfədən çox artım deməkdir".
   
17.01.2020 18:05:00
Oxuma sayı: 39