Gəncədə avtomobil ağaca çırpılıb, ölən var
Ölçü:



Fövqəladə Hallar Nazirliyi Gəncədə baş verən qəza ilə bağlı məlumat yayıb.

Nazirlikdən Koordinat.az-a verilən məlumata görə, Gəncə şəhərinin Nizami rayonunda “LADA” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri sürücünün meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

17.01.2020 17:22:00
Oxuma sayı: 86