Bakıda 71 yaşlı qadın dəm qazından ölüb
Ölçü:



Bakıda evdə meyit tapılıb.

Koordinat.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Belə ki, Yasamal rayon sakini, 1949-cu il təvəllüdlü Əliyeva Fatmaxanım İsgəndər qızının meyiti yaşadığı evin hamamında tapılıb.

Meyitin ilkin müayinəsi zamanı onun dəm qazından öldüyü məlum olub.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

17.01.2020 17:04:00
Oxuma sayı: 169