Təhsil naziri olimpiada qalibləri ilə görüşdü - FOTO
Ölçü:

Təhsil naziri Ceyhun Bayramov Beynəlxalq olimpiadanın qalibləri ilə görüşüb.

Koordinat.az
xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov yayıb. Onun sözlərinə görə, nazir 16-cı Beynəlxalq Jautikov Olimpiadasının qalibləri ilə görüşüb.

Qeyd edək ki, Azərbaycan məktəbliləri Qazaxıstanın Almatı şəhərində keçirilən olimpiadadan 1 qızıl, 3 gümüş və 4 bürünc medal olmaqla ümumilikdə, 8 medal əldə ediblər.
17.01.2020 15:12:00
Oxuma sayı: 58