“Qaçqınkom”da qanvermə aksiyası keçirilib
Ölçü:


Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş qanvermə aksiyası keçirilib.

Koordinat.az
-ın məlumatına görə, “Qanımız bir, canımız bir” devizi ilə keçirilən aksiya Müdafiə Nazirliyinin hərbi qanköçürmə stansiyasının 13 həkimdən ibarət briqadası tərəfindən icra edilib. Aksiyada Dövlət Komitəsinin 100-dən çox əməkdaşı, məcburi köçkünlər, Dövlət Komitəsində fəaliyyət göstərən könüllülər və digər şəxslər qan veriblər. Tədarük olunan qan nümunələri hərbi qanköçürmə stansiyasında yoxlandıqdan sonra xəstələrin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, ötən il də Dövlət Komitəsində eyniadlı könüllü qanvermə aksiyası keçirilib.

17.01.2020 10:55:00
Oxuma sayı: 33