Ələt-Astara dəmiryolunun bərpası Dünya Bankının diqqətində
Ölçü:

"Ələt-Astara dəmiryolu xəttinin bərpası erkən müzakirələr mərhələsindədir".

Koordinat.az xəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycandakı nümayəndəliyindən bildirilib: "Hazırda Ələt-Astara dəmiryolu xəttinin bərpası çərçivəsində tələb olunacaq texniki tədqiqatların və qiymətləndirmələrin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan hökuməti və bu layihədə maraqlı olan digər tərəflərlə müzakirələrin çox erkən mərhələsindəyik".

Qeyd edək ki, bundan əvvəl də Dünya Bankı və "Azərbaycan Dəmir Yolları" QSC arasında bankın bu layihədə iştirakı müzakirə olunub. Hazırda "Şimal-Cənub" layihəsinin bir hissəsi olan Ələt-Astara dəmiryolu xəttinin bərpa işləri davam edir.

Xatırladaq ki, dəmiryolu xəttinin tikintisi ilə bağlı olaraq dəmiryolun keçəcəyi ərazilərdə əhalidən və bələdiyyələrdən torpaqlar satın alınacaq. Bununla bağlı Nazirlər Kabineti xüsusi qərar imzalayıb.

17.01.2020 10:38:00
Oxuma sayı: 43