“Azərbaycan Dəmir Yolları”nda 18 min 170 nəfər işçi var
Ölçü:


Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-də 18 min 170 nəfər çalışır.

Koordina.az
xəbər verir ki, bu barədə qurumun sədri Cavid Qurbanov kollegiya iclasında məlumat verib: “Ötən il 1 046 nəfər işə qəbul olunub. İşə qəbul prosesi tam elektronlaşdırılıb. Mobil elektron test sistemi və elektron test mərkəzi istifadəyə verilib, başqa işə keçirilmə əməliyyatları mərkəzləşdirilib. Müxtəlif ali təhsil müəssisələrindən olan 13 65 nəfər dəmir yollarında istehsalat təcrübəsi keçib. 5 341 əməkdaş müxtəlif təlimlərə cəlb olunub”.

Bundan başqa, ötən il 51 əməkdaş “Fəxri dəmiryolçu” döş nişanı və pul mükafatı ilə təltif olunub. 49 nəfərə isə “Əmək veteranı” adı verilib.

“2015-ci illə müqayisədə əmək haqqı 103% artırılaraq, 270 manatdan 549 manata qaldırılıb”, - deyə C.Qurbanov əlavə edib.

16.01.2020 14:20:00
Oxuma sayı: 157