Avropa qorxu içində: Rusiya silahları Avropanı dağıda bilər
Ölçü:



Avropada Rusiyadan gələ biləcək təhlükələrlə bağlı həyəcan artmaqdadır.

Koordinat.az xarici KİV-ə istinadən xəbər verir ki, Norveçin silahlı qüvvələrinin keçmiş komandanı Sverre Diesen bildirib ki, Rusiya arsenalında olan silahları Norveçə tuşlaya və hədəfləri vura bilər.

Bunun üçün isə Rusiyanın beynəlxalq sulardakı gəmilərindən və döyüş təyyarələrindən istifadə edə biləcəyini deyib.

Onun sözlərinə görə, Rusiyanın ehtimal olunan hücumlarına cavab vermək üçün Norveç müasir müdafiə sistemlərinin əldə edilməsinə baxmalıdır.

“Vəziyyətin bu cür inkişafı təhlükəlidir. Norveç də adekvat cavab verə biləcək silahlara malik olmalıdır” – Diesen bildirir.

Norveçin silahlı qüvvələrinin Elmi tədqiqat institutunun əməkdaşı Tor Bukkovl isə qeyd edir ki, Rusiya uzaq məsafədən asan idarə edilən qanadlı raketlərə sahibdir və onlar təyyarələrdən, gəmilərdən, yerüstü məkanlardan buraxıla bilər.

Onun fikrincə, Rusiya  2008-ci ildən bu yana sürətli silahlanmaya üstünlük verib. Buna görə də, bir çox ekspert çevrələri kimi Bukkovl da Rusiyanın yeni müharibə başlada biləcəyi riski üzərində düşünür.

“Bəli, mən düşünürəm ki, yeni müharibə başlaya bilər. Silahlandırılmanın bu tipi siyasi rəqibə hərbi müdaxilə etmək üçün şans verir” – Bukkovl belə hesab edir.

“Militærteknikk” jurnalının redaktoru Byorn Dumos Cozefsen isə düşünür ki, Norveç Rusiyanın silahları qarşısında acizdir. Bunun səbəbi isə budur ki, Rusiyada infrastrukturları dağıda bilər.

11.11.2017 11:26:00
Oxuma sayı: 975