Məişət əşyaları ucuzlaşır
Ölçü:


2019-cu ilin dekabr ayında noyabr ayına nisbətən bəzi qeyri-ərzaq mallarında qiymətlər aşağı düşüb. Ucuzlaşma məişət əşyalarında daha çox müşahidə olunub.

Dövlət Statistika Komitəsindən (DSK) Koordinat.az-a verilən məlumata görə, parçaların, geyim və ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, divar kağızlarının, yağlı və sulu boyaların, soyuducuların, velosipedlərin, tozsoranların qiyməti bahalaşıb. Kondisionerlərin, mobil telefonların, televizorların, kəsilmiş taxtanın, toz şəklində sintetik yuyucu vasitələrin qiymətlərində isə ucuzlaşma müşahidə olunub, digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Rəsmi məlumata görə, ötən ilin dekabr ayında noyabr ayı ilə müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi, məişət cihazlarının təmiri, bərbərxana, kosmetoloji və tibbi xidmətlərin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, dəmiryolu və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mənzillərin icarə haqqının qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
16.01.2020 10:16:00
Oxuma sayı: 734