Azərbaycana gələn 1 turistin xərci ilə Gürcüstanda 2 nəfər istirahət edə bilir - həm də daha maraqlı
Ölçü:

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, ötən il Azərbaycana gələn 3 milyon 170 min nəfər əcnəbi turist kimi qeydiyyata düşüb.

Koordinat.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, onların xərcləri 4,3 milyard manat (2,53 milyard dollar) təşkil edib. Bu isə hər turistə 1357 manat və ya 798 dollar məsrəf deməkdir. Bu məbləğ qonşu Gürcüstanla müqayisədə 2 dəfədən də çoxdur. 

İqtisadçı alim Qubad İbadoğlu mövzunu şərh edərkən 2018-ci ildə Gürcüstana 7,2 milyon turist gəldiyini və onların cəmi xərclərinin 3,22 milyard dollar təşkil etdiyini deyib. Bu isə o deməkdir ki, Grürcüstanda 1 turistin məsrəfi orta hesabla 447 dollar təşkil edib: "İki ölkə arasında müqayisədən belə çıxır ki, Gürcüstana gedən 2 turistin xərci Azərbaycana gələn 1 turistin xərcinə bərabərdir. Bu isə bölgədə Azərbaycanın mövqeyini zəiflədir. Eyni zamanda Gürcüstan adı ilə bölgəyə gələn, bizim üçün potensial sayılan turistlər bahalığa görə Azərbaycanı seçmirlər və elə oradan da geri qayıdırlar. Halbuki, Azərbaycan Gürcüstana gələn turistlərin yarısını belə cəlb edə bilsə, onda bizim bu sektordan gəlirlərimiz də ən azı 2 dəfə arta bilər. Amma əksinə proseslər gedir, belə ki, Azərbaycanda xidmətlərinin həddən artıq baha olması və keyfiyyətcə Gürcüstandan geri qalması həm də ölkədən turist axınına səbəb olur".

Ekspert hökümətə təklif edir ki, Gürcüstanı ziyarət edən turistlərin heç olmazsa yarısının Azərbaycana cəlb edilməsi barədə düşünsünlər. Bunun üçün isə ilk növədə xüsusilə də xidmət sektorunda və ictimai iaşədə qiymətlər əlçatan olmalı və keyfiyyət də yüksəldilməlidir.
15.01.2020 11:11:00
Oxuma sayı: 718