Narkoloji Mərkəzin baş direktoru işdən çıxarıldı
Ölçü:

Səhiyyə Naziri Oqtay Şirəliyevin 14 yanvar tarixli əmrinə əsasən Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Nazirlikdən Koordinat.az-a verilən məlumata görə, səhiyyə nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

14.01.2020 15:47:00
Oxuma sayı: 26