Şok: sahibkarın adı "DOST İş Mərkəzi”ndən maaş alanlar siyahısında - daha bir icra başçısı ifşa olunur
Ölçü:

Lənkəranda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Heydərli Babək Xeybər oğlunun adı rayon üzrə "DOST İş Mərkəzi”ndən maaş alanlar siyahısında imiş.

Koordinat.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Cavanşir Həsənli məlumat yayıb. O, qeyd edib ki, həmi sahibkarın adı "DOST İş Mərkəzi”nin işçisi kimi qeyd olunsa da, onun maaşını Lənkəranın icra başçısı Taleh Qaraşov öz cibinə qoyur: "Çünki Kərgəlan kəndindən olan Babək Heydərli heç də işsiz və aztəminatlı təbəqədən deyil ki, "Dost" maaşına ehtiyacı olsun. O ötən ilin yanvarında 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdan keçmiş "LƏNKƏRAN CİTY TRAVEL" Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibi və qanuni təmsilçidir. Babək Heydərlinin anası Heydərova Nəzakət Oruc qızı isə Lənkəran icra hakimiyyəti başçısının Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsidir".
14.01.2020 12:45:00
Oxuma sayı: 30