Nazirlik 435 işçi axtarır
Ölçü:

Kənd Təsərrüfatı Nazirliyi 435 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul  üçün müsabiqə üzrə müsahibə elan edib. 

Nazirlikdən Koordinat.az-a verilən məlumata görə, yanvarın 13-dən bu vakant vəzifələr üzrə sənəd qəbulu başlayıb. Təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.

 Müsahibə mərhələsi üzrə qeydiyyat fevralın 11-dək davam edəcək. Kənd Təsərrüfatı Nazirliyi hüquqşünas, maliyyə, informasiya texnologiyaları, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştiraka dəvət edir.

Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı, Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru və texniki nəzarətin təşkili sektoru üzrə müəyyənləşib.

Elanla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVakUzreHesabat?ElanID=349&DoKod=208&fbclid=IwAR191OGGXenq8fx7NG9R0yWU5V6oRQF2Kb0az1wus7QYuxzFcwGHae_2_q0

http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVakUzreHesabat?ElanID=350&DoKod=208&fbclid=IwAR3VQw5BjQLA7tqqSSk0asUSWcGcezzhbiNnX2PxCMUMI3HcAVUM1FYoYyk

14.01.2020 12:13:00
Oxuma sayı: 15