Prezident müşavirədə nazirə irad tutdu: “Mən sadə sual verirəm, sən başlayırsan leksiya oxumağa”
Ölçü:


Bu gün  Azərbaycan Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Koordinat.az-ın məlumatına görə, müşavirədə Maliyyə naziri Samir Şərifov hesabat xarakterli çıxış edib. Bu zaman dövlət başçısı nazirdən xarici borcun azaldılması üçün nə qədər vəsaitin nəzərdə tutulduğunu soruşub. Samir Şərifov isə suala konkret cavab vermədikdə prezident onun sözünü kəsərək iradını bildirib. "Mən sadə sual verirəm, sən isə başlayırsan leksiya oxumağa" deyərək, prezident maliyyə nazirindən konkret cavab istəyib.

Nazir isə bildirib ki, bu il xarici borcların qaytarılması üçün 1,7 milyard məbləğində vəsait nəzərdə tutulub. Onun sözlərinə görə, bəzi tədbirlərin həyata keçirilməsi ilə bu il xarici borcların həcmini 1 faiz səviyyəsində aşağı salmaq mümkün olacaq.

13.01.2020 21:33:00
Oxuma sayı: 180