Xoşbəxt Yusifzadəyə "Heydər Əliyev", Vasif Talıbova "Şərəf" ordeni verildi
Ölçü:

Prezident İlham Əliyev Xoşbəxt Yusifzadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Koordinat.az
xəbər verir ki, sərəncama əsasən Azərbaycan neft sənayesinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Xoşbəxt Bağı oğlu Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.


Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə Vasif Yusif oğlu Talıbov “Şərəf” ordeni ilə təltif edilib.
13.01.2020 18:06:00
Oxuma sayı: 56