Deputatdan Prezidentə müraciət: Öz yerinə qızının deputat olmasına icazə istədi
Koordinat.az müraciətin mətnini olduğu kimi təqdim edir.
"Zati-alilər!
Əziz və möhtərəm Prezidentimiz!
Mən Kazımlı Xanhüseyn Hüseynağa oğlu İmişli rayonunun Ağaməmmədli kəndindənəm. İ-V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilərək (hazırda Biləsuvar rayonundan seçilmişəm) müstəqilliyimizi quranlara və Azərbaycanı çiçəkləndirərək yaşadanlara əlimdən gələn səviyyədə xidmət etmişəm. Bir deputat olaraq ötən zamanlarda olan fəaliyyətimi və Azərbaycan Macarıstan üzrə parlamentlərarası dostluq qrupunun sədri kimi Macarıstan Prezidentinin şəxsi imzaladığı medalla təltif edilmişəm. Müxtəlif mükafatlara da layiq görülmüşəm.
Siz icazə versəniz, mən hər hansı bölgədənsə Milli Məclisin üzvü seçilməyimə razı deyiləm. Əvəzimdə isə Azərbaycan Sosial Rifah Partiyası sədrinin birinci müavini,1992-ci ildən iqtisad elmləri üzrə fəlsəfə doktoru, Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində doktorluq işi hazır olan, öz bilik və bacarığı ilə Azərbaycan Dğvlət İqtisad Universitetinin "Tənzimləmə" kafedrasının əməkdaşı "Böyük Siyasətin Davamı", "Faciələrim unudulmayacaqdır", "Azərbaycanlılara qarşı ermənilərin soyqırımı" əsərlərinin müəlliflərindən biri(sonuncunun müəllifi) olan Kazımova Əsli Xanhüseyn qızının namizədliyini(1981-ci il təvəlllüdlü) doğulduğum diyardan verərdim"
09.01.2020 16:12:00
Oxuma sayı: 212