Ramiz Mehdiyev iki direktoru işdən çıxardı
Ölçü:

Yanvarın 9-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-dan Koordinat.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan akademiyanın prezidenti akademik Ramiz Mehdiyev bildirib ki, son vaxtlar Azərbaycan Milli Elmlər Akademiyasında bir sıra mühüm elmi və elmi-təşkilati istiqamətləri əhatə edən islahatlara start verilib.

İslahatların başlıca strateji hədəfi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən və ölkənin sosial-iqtisadi inkişafına yönələn dövlət siyasətinə uyğun olaraq Azərbaycan elmini müasir standartlar səviyyəsində inkişaf etdirməkdir. Akademik Ramiz Mehdiyev bildirib ki, AMEA-nın 28 dekabr 2019-cu il tarixində keçirilən Ümumi yığıncağında “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nın təsdiq olunması, AMEA-nın Nizamnaməsinə bir sıra əlavə və dəyişikliklərin edilməsi, AMEA Rəyasət Heyətinin yeni tərkibinin müəyyənləşdirilməsi bu istiqamətdəki islahatların mühüm tərkib hissəsini təşkil edir. Elmi fəaliyyət sahəsində islahatların bundan sonra da ardıcıl olaraq davam etdiriləcəyini bildirən akademik Ramiz Mehdiyev qeyd edib ki, bu gün Rəyasət Heyətinin gündəliyinə çıxarılan əsas məsələlər AMEA-nın Ümumi yığıncağının qəbul etdiyi qərarların icrasından irəli gəlir. AMEA-nın prezidenti Akademiyanın strukturunun təkmilləşdirilməsi, müasir elmi prioritetlərin müəyyənləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, dövlətin həyata keçirdiyi siyasətin reallaşmasında, xüsusən qeyri-neft sektorunun inkişafında elmin rolunun daha da artırılması istiqamətində qarşıda mühüm vəzifələrin dayandığını bildirib.  

Sonra gündəlikdəki məsələlərlə bağlı AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov gündəlikdə yer alan “AMEA Rəyasət Heyətinin üzvləri arasında vəzifə bölgüsü” ilə bağlı çıxış edərək bildirib ki, AMEA-nın 28 dekabr 2019-cu il tarixli iclasında AMEA Rəyasət Heyətinin 11 nəfərdən ibarət yeni tərkibi təsdiq edilmişdir. Bununla əlaqədar olaraq, AMEA Rəyasət Heyəti üzvləri arasında yeni vəzifə bölgüsünün müəyyənləşdirilməsi və müvafiq qərarın qəbul edilməsi zərurəti meydana çıxmışdır. AMEA-nın akademik-katibi Əminağa Sadıqov AMEA Rəyasət Heyətinin üzvləri arasında vəzifə bölgüsü layihəsi ilə iclas iştirakçılarını tanış edib. Layihə müzakirə olunduqdan sonra AMEA Rəyasət Heyəti üzvləri tərəfindən irəli sürülən rəy və təkliflər nəzərə alınmaqla qəbul edilib.

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov gündəlikdəki ikinci məsələ, “AMEA Rəyasət Heyəti aparatının strukturu haqqında” qərar layihəsini AMEA Rəyasət Heyətinin üzvlərinin diqqətinə çatdırıb. Vurğulayıb ki, Rəyasət Heyəti
09.01.2020 18:22:00
Oxuma sayı: 90