Evlənmək istəyən 150 nəfərdə QİÇS aşkarlandı
Ölçü:

“2019-cu il ərzində evlənmək istəyən 135 551 nəfər müayinədən keçib. Onlardan 3 658 nəfərdə talassemiya daşıyıcılığı, 381 nəfərdə sifilis, 150 nəfərdə QİÇS aşkarlanıb".

Koordinat.az xəbər verir ki, bu barədə Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib. O, qeyd edib ki, hər ikisində talassemiya daşıyıcılığı olan cütlüyün sayı 46 olub: “Ümumilikdə 2015-ci ildən indiyədək 635 364 nəfər müayinədən keçib. Onlardan 21 893 nəfərdə talassemiya daşıyıcılığı, 2 061 nəfərdə sifilis, 605 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 235 olub".


09.01.2020 12:32:00
Oxuma sayı: 34