Masazırda yanğın: 1 ölü
Ölçü:



Abşeron rayonunda yanğın baş verib.

Bu haqda Koordinat.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Rayonun Masazır qəsəbəsində ümumi sahəsi 65 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Yanğının kəşfiyyatı zamanı 1980-cı il təvəllüdlü Əliyev Əlivəndər Rasim oğlunun yanmış cəsədi aşkarlanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
11.11.2017 10:52:59
Oxuma sayı: 1208