ABŞ İranın Xarici işlər nazirinə viza vermədi
Ölçü:

ABŞ Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının cümə axşamı baş tutacaq iclasında iştirak etməyə hazırlaşan İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə viza verməkdən imtina edib.

Koordinat.az
bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.

Xatırladaq ki, Tehran ABŞ-ın İraqda həyata keçirdiyi əməliyyat nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edib.

07.01.2020 10:51:00
Oxuma sayı: 175