Tibb Universiteti 35 xarici tələbəni qovub
Ölçü:


35 əcnəbi tələbə Azərbaycan Tibb Universitetindən (ATU) xaric edilib.
 
ATU-nun mətbuat katibliyindən Koordinat.az-a verilən məlumata görə, bu barədə qərar universitetin Rektor yanında İctimai Nəzarət Şurası tərəfindən çıxarılıb. Bildirilir ki, həmin tələbələr universitetlə müqavilə şərtlərini pozduqlarına görə, konkret olaraq 2019-2020-ci tədris il üçün müəyyən edilmiş təhsil haqqını ödəmədikləri üçün ATU-dan xaric ediliblər.

Bundan əlavə, təhsil haqqının tam ödənilməsi üçün 9 tələbəyə yanvarın 15-dək müddət verilib. Bu tələbələr indiyədək təhsil haqqının yalnız bir qismini ödəyiblər.

30.12.2019 10:10:00
Oxuma sayı: 325