“Azerspace-1” peykinin ötən il 23 milyon dollar qazanıb
Ölçü:


“Azərkosmos” ASC dünyanın 20-dən çox ölkəsinə peyk xidmətləri ixrac etməkdədir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Koordinat.az-a verilən məlumata görə, bu, “İxrac İcmalı”nın 2018-ci ilin yanvar sayında öz əksini tapıb. 2017-ci ilə olan məlumata görə, peyk telekommunikasiya xidmətlərinin (“Azerspace-1”) ixracından 14 milyon dollar, optik peyk xidmətlərinin (Azersky) ixracından isə 9 milyon dollar gəlir əldə edib. Ümumilikdə “Azərkosmos” ASC tərəfindən 2017-ci ildə 23 milyon dollar dəyərindən xidmət ixracı həyata keçirilib
18.01.2018 13:11:38
Oxuma sayı: 889