Keçmiş döyüşçü Nazirlər Kabinetində şöbə müdiri oldu
Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinə müdir təyin edilib.
Koordinat.az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Elşən Hacızadə Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinə müdir təyin edilib.
İqtisad elmləri doktoru, professor Elşən Hacızadəni şəxsən tanıyanlar onu istedadlı alim, tələbkar müəllim, ləyaqətli dövlət məmuru, yüksək mənəvi keyfiyyətləri olan insan, vətənpərvər ziyalı kimi səciyyələndirirlər. O, həm də Qarabağ müharibəsi veteranıdır, vaxtilə zabit kimi Ağdamda işğalçılara qarşı döyüşlərdə iştirak edib.
29.12.2019 16:14:00
Oxuma sayı: 167