Şahbaz Xuduoğlu: "Özünü buraxan deputatlar bu seçkidə namizəd olmamamlıdır"
Ölçü:

Tanınmış naşir, "Qanun" Nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu buraxılan parlamentdə təmsil olunan deputatları "yarətmaz" adlandırıb və onların yenidən deputatlığa namizədliyini irəli sürməsini yolverilməz olduğunu deyib.

Koordinat.az xəbər verir ki, Şahbaz Xuduoğlu həmin deputatlara səslənərək deyib: "Bütün partiyalar öz namizədlərini açıqladı. İddialılar artıq bəlli. Məsələnin absurd tərəfi odur ki, namizədlərin bir hissəsi parlamentin buraxılmasına səs verən eksdeputatlardır. Özlərini yarıtmaz hesab etdilər. İşləməyi bacarmadılar. Dedilər ki, onların fəaliyyəti ölkədə aparılan islahatlara adekvat deyil. Bəs niyə onlar yenidən namizəddir? Bu səs verən insanlara açıq hörmətsizlikdir. Seçkinin, eləcə də seçilən şəxsin nüfuzuna ciddi zərbədir. Əlbəttə özünə, seçicisinə hörmət edən gərək bunu etməsin. Özünü buraxan şəxslər ümumiyyətlə gərək heç bir siyahıda yer almasınlar".


29.12.2019 12:17:00
Oxuma sayı: 877